Bu ilin 3 ayında mediasiya xidməti sayəsində nikahın pozulmasından imtina edən cütlüklərin sayı açıqlanıb.
Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeydiyyat şöbələri tərəfindən ümumilikdə nikahın pozulması haqqında müraciət edənlərdən yanvar ayında 324, fevral ayında 278 şəxs psixoloqla söhbətə cəlb olunub. Nəticədə onlardan yanvar ayında 50-i (25 cütlük), fevral ayında isə 76-ı (38 cütlük) nikahın pozulmasından imtina edib.