Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas arasında telefon danışığı olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə NTV televiziyası məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-Fələstin əlaqələri və regional məsələlər müzakirə olunub.
Ərdoğan bildirib ki, Türkiyə Fələstinə hər sahədə dəstək verməyə davam edəcək.