Liviyada silahlı toqquşma baş verib

Liviyada silahlı toqquşma baş verib
# 13 may 2025 01:22 (UTC +04:00)

Liviyanın paytaxtı Tripolidə şiddətli toqquşmalar baş verib.

APA xəbər verir ki, Liviyanın “Libya Press” agentliyinin verdiyi məlumata görə, Tripolidəki Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi yerli əhalini öz evlərində qalmağa çağırıb.

“Misrata Briqadasının dəstəklədiyi 444-cü Döyüş Briqadası ilə Təhlükəsizlik və Sabitliyin Qorunması Aparatı arasında davam edən qarşıdurmalara görə Tripolinin bütün sakinlərini evdə qalmağa və öz təhlükəsizlikləri üçün çölə çıxmamağa çağırır”, - Nazirliyin yaydığı məlumatda deyilir.

Məlumata görə, toqquşmalar Liviya Prezident Şurasına tabe olan Sabitlik Dəstək Qüvvələrinin rəhbəri Abdelqani əl-Kiklinin öldürülməsindən sonra başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR