Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101879S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 4 investor tərəfindən qiymət intervalı 99,4585 manat (7,00%) və 99,4773 manat (6,76%) olan 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 136 530 600 manat olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4585 manat (7,00%), orta ölçülmüş qiyməti isə 99,4647 manat (6,92%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 136 530 600 manat təşkil edib.
Notların ödəmə tarixi 10 iyun 2020-ci ildir.