Milli Məclisdə koronavirusla bağlı distant təhsilə dair təklif irəli sürülüb

Milli Məclisdə koronavirusla bağlı distant təhsilə dair təklif irəli sürülüb
# 13 mart 2020 13:35 (UTC +04:00)

“Koronavirusla bağlı distant təhsil yenidən aktuallaşır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında yaz sessiyasının qanunvericilik işlər planı ilə bağlı müzakirədə deputat Fazil Mustafa bildirib.

Bununla bağlı qanunvericilikdə dəyişiklikləri zəruri sayan F. Mustafa deyib ki, İqtisadiyyat Universiteti 20 min tələbəyə distant təhsil veriləcəyini açıqlayıb: “Bu istiqamətdə komitələr öz təkliflərini hazırlasın. Koronavirusla bağlı ən riskli vəziyyətdə olan təbəqə həkimlər, tibb işçiləridir. Onların sosial müdafiəsi istiqamətində müvafiq komitələr təkliflər hazırlanmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR