Nigeriyada sel fəlakəti nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Nigeriyada sel fəlakəti nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb
# 31 may 2025 13:21 (UTC +04:00)

Nigeriyada həftənin əvvəlindən tüğyan edən sel fəlakəti nəticəsində təkcə Mokva şəhərində ölənlərin sayı 150 nəfərə çatıb.

APA “Agence France-Presse”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidməti açıqlama yayıb.

Qurumdan bu sayın artacağının istisna edilmədiyi də açıqlanıb.

Təbii fəlakət zonasında 265 ev və iki körpü tamamilə dağılıb, 3000 nəfər isə təxliyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR