BQXK-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin fəaliyyəti başa çatır

BQXK-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin fəaliyyəti başa çatır
# 09 iyul 2019 16:43 (UTC +04:00)

İyulun 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin ölkəmizdə fəaliyyəti başa çatan başçısı xanım Elena Aymone Sessera ilə görüşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüşdə Müdafiə Nazirliyi ilə BQXK arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, cəbhəboyu zonada yerləşən hərbi hissələrin şəxsi heyətinin və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin beynəlxalq humanitar hüquq sahəsində maarifləndirilməsi üzrə həyata keçirilən fəaliyyətlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində ölkəmizlə beynəlxalq təşkilat arasında əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəmədiyinə görə xanım E.Sesseraya təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR