Şəkidə 7 yaşlı uşağı sahibsiz it dişləyib

Şəkidə 7 yaşlı uşağı sahibsiz it dişləyib
# 02 iyul 2019 23:12 (UTC +04:00)

Bu gün axşam saatlarında Şəkinin Kiş kənd sakini 2012-ci il təvəllüdlü Səid Şamxal oğlu Kərimov it dişləməsi xəsarətilə rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssəsindən APA-ya bildirilib ki, S.Kərimov yaşadığı evin yaxınlığında
küçə ilə gedərkən sahibsiz itin hucumuna məruz qalıb. İt S.Kərimovun başın sol
təpə nahiyəsini, sol yanağını və sağ gözün üst qapağını dişləyərək xəsarət yetirib.

S.Kərimova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR