Tunisin keçmiş prezidenti qiyabi olaraq 22 il azadlıqdan məhrum edilib

TuniTunisin keçmiş prezidenti Monsef Marzuki

© APA | TuniTunisin keçmiş prezidenti Monsef Marzuki

# 21 iyun 2025 09:57 (UTC +04:00)

Tunis məhkəməsi keçmiş prezident Monsef Marzuki barəsində qiyabi olaraq 22 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, 2011 – 2014-cü illərdə ölkəyə rəhbərlik edən M.Marzuki hazırkı prezident Kays Sayedin qatı tənqidçisi olaraq tanınır.

O, dövlət təhlükəsizliyinə xələl gətirməkdə ittiham olunub.

Qeyd edək ki, bu, onun barəsində çıxarılan üçüncü hökmdür. Bundan əvvəl sözügedən şəxs müxtəlif epizodlar üzrə müvafiq olaraq 8 il və 4 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR