Bakıda qaynaq aparatının partlaması nəticəsində qaynaqçı ölüb

Bakıda qaynaq aparatının partlaması nəticəsində qaynaqçı ölüb
# 09 may 2019 14:11 (UTC +04:00)

Nərimanov rayonunda bədbəxt hadisə zamanı 1 nəfər dünyasını dəyişib. ONA-nın məlumatına görə, hadisə Nərimanov rayonunda yerləşən “Ruzigar” Müəssisəsinin qarajında baş verib. Qaynaq işləri aparan Qusar rayon sakini Gülbala Novruzbəyov qaynaq aparatının partlaması nəticəsində ölüb.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR