Qərargah Naxçıvan və Bakı arasında gediş-gəlişin bərpası məsələsinə münasibət bildirib

Qərargah Naxçıvan və Bakı arasında gediş-gəlişin bərpası məsələsinə münasibət bildirib
# 15 may 2020 18:22 (UTC +04:00)

“Bildiyiniz kimi, “sarı zona”dan “narıncı zona”ya gediş-gəliş qadağandır. Bu, təkcə Naxçıvana aid deyil, yerdə qalan digər ərazilərə də aiddir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, Bakıda iş yeri olan adamlar Azərbaycanın başqa yerlərindən paytaxta gələ bilirlər.

“Amma Naxçıvanda bu, texniki baxımdan mümkün deyil. Naxçıvandan Bakıya yalnız təyyarə vasitəsilə gəlmək mümkündür. Müəyyən bir kontingent olmalıdır ki, təyyarə uça bilsin. Bütövlükdə yolların açılması, gediş-gəlişin bərpa olunması müzakirə olunan məsələdir. Ola bilər ki, növbəti mərhələlərdə bu məsələ aktuallaşsın”, - deyə İ. Məmmədov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR