"Azərpoçt"un filial və şöbələrində dezinfeksiya işləri aparılır

"Azərpoçt"un filial və şöbələrində dezinfeksiya işləri aparılır
# 07 mart 2020 14:39 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC tərəfindən Poçt Daşıma, “Şəbəkə” xidmət mərkəzləri, Poçt filial və şöbələrində dezinfeksiya işləri aparılır.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Poçt Daşıma Mərkəzi, “Azərekspresspoçt” Rabitə Müəssisəsi, Astara, Biləsuvar, Qazax, Balakən, Xaçmaz, Qusar, Ağstafa poçt filialları antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə (maska, əlcək, spirt) təmin olunur.

Əhali ilə birbaşa təmasda olan əməkdaşlarla Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq koronavirusla bağlı maarifləndirmə işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR