IMF: Azərbaycan büdcənin konsolidasiyasını davam etdirilməlidir

IMF: Azərbaycan büdcənin konsolidasiyasını davam etdirilməlidir
# 27 iyun 2019 15:54 (UTC +04:00)

Cənub Qaz Dəhlizi boru kəmərinin fəaliyyətinin başlaması ilə əlaqədar bu il karbohidrogen resurslarının hasilatında da artım gözlənilir. "APA-Economics"in xəbərinə görə, bunu Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) Azərbaycan missiyasının yeni rəhbəri Natalia Tamirisa deyib.

Onun sözlərinə görə, neft gəlirlərinin artması nəticəsində bu il ölkənin icmal büdcəsinin profisiti ÜDM-in 5,8%-nə, cari hesabın profisiti isə ÜDM-in 10%-nə bərabər olacaq.

O həmçinin əlavə edib ki, tükənən neft sərvətinin münasib hissəsinin gələcək nəsillərə saxlanılması üçün büdcənin konsolidasiyası davam etdirilməlidir.

"Bu, çox vacib məsələdir. Konsolidasiya tədricən, lakin davamlı şəkildə aparılmalıdır. Ən vacibi isə konsolidasiya iqtisadi artıma dəstək verməlidir. Konsolidasiyaya nail olmaq üçün xərclərin səmərəliliyin artırılmalı və insan kapitalına sərmayə prioritetə çevrilməlidir", - deyə N. Tamirisa qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR