Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı ilə bağlı gələn il üçün tədbirlər planı hazırlanır

Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı ilə bağlı gələn il üçün tədbirlər planı hazırlanır
# 26 noyabr 2008 11:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi (KTN) «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın icrası ilə bağlı növbəti il üçün tədbirlər planı hazırlayır. Bu barədə «APA-Economics»ə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev məlumat verib.
B.Əliyevin sözlərinə görə, sənəddə bitkiçilik, toxumçuluğun inkişafı, elm təminatı, damazlıq sisteminin və infrastrukturun yenidən qurulması kimi məsələlər əksini tapır.
Nazir müavininin sözlərinə görə, dövlət proqramında qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün hər il tədbirlərin siyahısı tərtib olunacaq.
B.Əliyevin sözlərinə görə, proqramın icrası nəticəsində yaxın üç il ərzində ölkənin ərzaq ehtiyatının yarıdan çoxu yerli istehsal hesabına ödəniləcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, hazırda Azərbaycan ərzaq buğdasına olan tələbatının 81-85%-ni, əhalinin ət, ət və süd məhsullarına olan tələbatın 78-88%-ni, kartof, bostan, meyvə və tərəvəzə olan tələbatının isə 100%-ni yerli istehsal hesabına ödəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR