Azərbaycanın quşçuluq fabrikləri yumurta istehsalını xeyli artırıb

Azərbaycanın quşçuluq fabrikləri yumurta istehsalını xeyli artırıb
# 28 aprel 2009 07:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın quşçuluq fabriklərində 2008-ci il aprelin 1-nə nisbətən quşların sayı 26,6%, o cümlədən yumurtlayan toyuqların sayı 24,5% artaraq müvafiq olaraq 7 910,6 min və 2 743,8 min baş olub.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk rübü ərzində quşçuluq fabriklərində 141,3 mln. ədəd yumurta istehsal olunub və keçən ildəkinə nisbətən onun miqdarı 55,3% artıb. Hesabat dövründə bu təsərrüfatlarda orta hesabla hər toyuqdan 58 ədəd və yaxud keçən ilki səviyyədən 11 ədəd çox yumurta alınıb. Rüb ərzində fabriklər tərəfindən 9,9 min ton və ya keçən ilin müvafiq dövründəkindən 101 ton çox quş əti istehsal edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR