Azərbaycan I rübdə ət istehsalını 2%, süd istehsalını isə 3% artırıb

Azərbaycan I rübdə ət istehsalını 2%, süd istehsalını isə 3% artırıb
# 28 aprel 2009 12:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci rübündə Azərbaycanda diri çəkidə 72,4 min ton ət, 319,6 min ton süd, 290,4 mln. ədəd yumurta istehsal edilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,9% və yaxud 1,4 min ton, süd istehsalı 3% və yaxud 9,2 min ton, yumurta istehsalı isə 21,4% və yaxud 51,2 mln. ədəd artıb. Ötən rüb ərzində hər inək və camışdan orta hesabla 252 kq süd sağılıb.
Aprelin əvvəlinə ölkə üzrə 2 574,2 min baş qaramal, o cümlədən 1 243,4 min baş inək və camış, 8 469,4 min baş qoyun və keçi mövcud olub. İl ərzində qaramalın sayı 2%, inək və camışların sayı 1,8%, qoyun və keçilərin sayı 1,6% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR