Xəzəryanı ölkələr nərə balıqlarının ovlanmasına moratoriumun tətbiqini müzakirə edəcəklər

Xəzəryanı ölkələr nərə balıqlarının ovlanmasına moratoriumun tətbiqini müzakirə edəcəklər
# 14 yanvar 2010 12:04 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Xəzər regionu ölkələri nərə balıqlarının ovlanmasına moratoriumun tətbiqi imkanlarını müzakirə edəcəklər.
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən məlumatına görə, bu məsələ Xəzər dənizinin bioresursları üzrə Komissiyanın bu il yanvarın 25-27-də İranda keçiriləcək 31-ci iclasının gündəliyinə salınıb.
Nərə balıqlarının ovlanmasına moratoriumun tətbiqi təşəbbüsü ilk dəfə ötən il Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən səslənib. Rusiya və İran bu təşəbbüsü dəstəkləyiblər, Türkmənistan qəbul etməyib, Azərbaycan tərəfi isə yalnız müəyyən növ nərə balıqlarına aid edilməklə moratoriumun mərhələlərlə tətbiqini təklif edib.
Qeyd edək ki, bu gün Xəzər dənizində nərə balıqlarının ovlanmasının ümumi həcmindən 20% kvota Qazaxıstanın, 26% Rusiyanın, 44% İranın, 10% isə Azərbaycanla Türkmənistanın payına düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR