«Baltika» şirkəti içməli su istehsalına başlayır

«Baltika» şirkəti içməli su istehsalına başlayır
# 14 aprel 2010 12:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Rusiyanın «Baltika» pivə şirkəti aprel ayının sonundan yeni məhsul - «Jivoy Ruçey» adlı içməli su buraxmağa hazırlaşır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Artıq bunun üçün Yaroslavlda (Rusiya) artezian quyuları qazılıb. Şirkətdən bildirilib ki, brendlərin diversifikasiyası, xüsusilə də qeyri-pivə içkilərin buraxılması «Baltika»nın uzunmüddətli strategiyasına daxildir.

«Jivoy Ruçey» içməli suyu Yaroslavl şəhəri yaxınlığında, yerin 80 metr dərinliyindən artezian vasitəsi ilə çıxarılır. «Baltika» bu suyu qazlı və qazsız olmaqla 0,5-1,5 litrlik butulkalarda satışa çıxaracaq.

Qeyd edək ki, Rusiyanın pivə bazarında 1996-cı ildən liderlik edən «Baltika» şirkətinin Rusiyada 10, Azərbaycanda isə 1 pivə bişirmə zavodu fəaliyyət göstərir. Şirkətin məhsulları dünyanın 60 ölkəsinə ixrac olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR