“Azersun Holding”in “Natural Green Land” fabriki bu il 2000 ton yaşıl noxud məhsulları istehsal etməyi planlaşdırır

“Azersun Holding”in “Natural Green Land” fabriki bu il 2000 ton yaşıl noxud məhsulları istehsal etməyi planlaşdırır
# 07 iyun 2010 07:55 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan bazarında yeganə yerli “Yaşıl Noxud” istehsalçısı olan “Natural Green Land” fabriki Biləsuvar rayonunda yeni mövsüm istehsalına başlayıb. Bu barədə “APA-Economics”ə “Azersun Holding”dən məlumat verilib.
Qeyd edək ki, “Azersun Holding” yaşıl noxud istehsalı üçün lazımi tədbirləri 2007-ci ilin dekabr ayından başlayıb və hər il mərhələli əkin işləri həyata keçirilib. İstehsalda istifadə edilən bütün avadanlıqlar da ən son texnoloji nailiyyətlərdən hesab edilir.
Zavodun ərazisi 3600 kv. m sahəni əhatə edir. Zavodda məhsulun iki qəbul sahəsi (beton), 420 kv. m əraziyə malik qazanxana, sahəsi 3080 kv. m olan anbar və 800 kv. m ərazisi olan emalatxana yerləşir. Zavodun 300 nəfər əməkdaşı var, istehsal prosesində 3 növbədən ibarət olan 130 nəfər işçi çalışmaqla günə 70 ton yaşıl noxud istehsal olunur. Hazırda “Saville”, “Bizim Tarla”, “Bostan” markaları altında yaşıl noxud məhsulları həm daxili - Azərbaycan bazarında, həm xarici ölkələrdə, əsasən Rusiya, Gürcüstan, Qazaxıstan bazarlarında artım tendensiyası ilə realizə olunur.
“Natural Green Land” fabriki Biləsuvar rayonunda cari il mövsümündə “Saville”, “Bizim Tarla”, “Bostan” markaları altında 2000 ton yaşıl noxud məhsulları istehsal etməyi nəzərdə tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR