Bu il Azərbaycanda taxıl istehsalının 15% azalacağı gözlənilir

Bu il Azərbaycanda taxıl istehsalının 15% azalacağı gözlənilir
# 21 iyun 2010 11:22 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Ötən ilin payızında təxminən 148 min ha sahədə az taxıl əkilib. Bundan başqa, hava şəraiti kənd təsərrüfatı üçün qeyri-sabit keçib. «Çatmayan hissə isə idxal olunacaq. Ötən ilin payızında əsasən azalan buğda sahələri olub. Ona görə də buğda istehsalının az olacağı gözlənilir. Burada elə bir problem yoxdur. Keçən ilki istehsaldan bu günədək qalıq var və idxal da davam edir»», - deyə nazir bildirib.

İ.Abasov onu da vurğulayıb ki, yeni məhsuldar taxıl sortlarının əkilməsi nəticəsində bu il hektardan 30-40 sentner taxıl götürülməsi proqnozlaşdırılır.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycanda qarğıdalı da daxil olmaqla 1 125,4 min hektar sahədən, hər hektardan orta hesabla 26,6 sentner olmaqla 2 988,3 min ton taxıl məhsulu toplanılıb. Cari ilin yanvar-may aylarında Azərbaycana 424 053,2 ton ərzaq buğdası idxal olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR