Azərbaycan və Suriya kənd təsərrüfatı sahəsində əməkdaşlığı dərinləşdirir

Azərbaycan və Suriya kənd təsərrüfatı sahəsində əməkdaşlığı dərinləşdirir
# 29 iyun 2010 12:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Suriyadan «Avasi» cins qoyunların gətirərək yerli şəraitə uyğunlaşdırılması istiqamətində iş aparır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan-Suriya hökumətlərarası komissiyasının həmsədri, Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

İ.Abasovun sözlərinə görə, artıq bu cinslərdən nümunələr Azərbaycana gətirilib. Kənd Təsərrüfatı Nazirlinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu «Avasi» qoyunlarının yerli şəraitə uyğunlaşdırılması, onların sayının artırılaraq ölkə ərazisində yayılması istiqamətində tədbir lərhəyata keçirir.

Nazir Azərbaycan və Suriyanın kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirmək üçün bir sıra tədbirləri nəzərdən keçirdiyini də qeyd edib. Azərbaycanın Suriyadan bir sıra kənd təsərrüfatı texnologiyaları ölkəyə gətirməyə maraqlı olduğunu deyən İ.Abasov qarşılığında Azərbaycanın Suriya bazarına meyvə və tərəvəz, bostan məhsulları çıxara biləcəyini bildirib.

İ.Abasov onu da vurğulayıb ki, Azərbaycan və Suriya arasında baytarlıq və fitosanitar sahələrdə əməkdaşlıq sazişlərinin layihələri hazırlanıb. Hazırda rəsmi Dəməşq saziş layihələrini nəzərdən keçirir və hər iki sənədin yaxın zamanlarda imzalanması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR