Respublika Gigiyena və Epidemiologiya Mərkəzi “Həvəskar” kolbasası istehsal edən müəssisədə yoxlama aparacaq

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi “Həvəskar” kolbasası istehsal edən müəssisədə yoxlama aparacaq
# 16 avqust 2010 09:47 (UTC +04:00)
Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, 120 kolbasa və kolbasa məmulatından götürülmüş nümunələrin 108-də bakterioloji çirklənmə olmasa da, 12-də bakterioloji çirklənmə aşkarlanıb. Çirklənmə aşkarlanmış həmin məmulatlardan yenidən təkrar nümunə götürülüb.

Mərkəz rəsmisinin sözlərinə görə, təkrar analiz zamanı 12 nümunədən 11-də yoxlamanın nəticəsi normal olub. Nümunələrin yalnız 1-də - Xətai rayonu, Mehmandarov küçəsi, 100 ünvandakı ticarət obyektindən götürülmüş “Həvəskar” kolbasasında isə bakterioloji çirklənmə aşkarlanıb. İ.Abdullayev deyib ki, “Həvəskar” kolbasasını istehsal edən müəssisənin adı yaxın günlərdə dəqiqləşdiriləcək. Bundan sonra isə mərkəz həmin müəssisədə yoxlamalar aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR