Rusiyada qarabaşaq 62% bahalaşıb
19 avqust 2010 09:10 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin əvvəlindən Rusiyada qarabaşağın (qreçka) qiymətində 62% bahalaşma qeydə alınıb.
“APA-Economics”in məlumatına görə, bu, Rusiya Federal Dövlət Statistikası Xidmətinin yaydığı press-relizdə əksini tapıb.
Qarabaşağın qiymətinin kəskin artmasına səbəb anomal istilər və məhsulun əhəmiyyətli hissəsinin məhv olması göstərilir. Təkcə 10-16 avqust həftəsində qarabaşaq 7% bahalaşıb. İkinci yerdə buğda unu gəlir - 2,8%.
Ümumiyyətlə, bir həftə ərzində Rusiyada inflyasiya 0,2% təşkil edib. İlin əvvəlindən isə bu göstərici 5,1% olub.
Rusiya İqtisadi İnkişaf Nazirliyi 2011-ci il üçün 6-7%-lik inflyasiya proqnozlaşdırsa da, məhsulun məhv olması səbəbindən bu göstəricinin yüksək olacağı istisna edilmir.

Aqrar-sənaye kompleksi
Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb
09:35
19 sentyabr 2024
Səkkiz ayda Azərbaycana 600 min tona yaxın buğda idxal edilib
16:47
16 sentyabr 2024
Azərbaycanda kənd təsərrüfatı istehsalı 1% artıb
16:45
13 sentyabr 2024
Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə edilib
12:57
13 sentyabr 2024