İqtisadi İnkişaf Nazirliyi: Azərbaycanda çörək və un qıtlığı müşahidə edilmir

İqtisadi İnkişaf Nazirliyi: Azərbaycanda çörək və un qıtlığı müşahidə edilmir
# 27 avqust 2010 15:31 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, indiyədək bütün ölkə ərazisini əhatə etməklə aparılan monitorinqlər zamanı çörək və un qıtlığı müşahidə edilməyib, çörəyin və unun pərakəndə satış qiymətində artım, həmçinin çörəyin çəkisində azalma qeydə alınmayıb.

Bundan başqa, ölkədə fəaliyyət göstərən iri taxılçılıq subyektlərindən və Dövlət Taxıl Fondundan alınmış məlumatlara əsasən, ölkədə kifayət qədər taxıl, o cümlədən ərzaq buğdası ehtiyatı mövcuddur və bağlanmış müqavilələr üzrə ölkəyə buğda idxalı davam edir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çörək və unun süni qiymət artımının qarşısının alınması istiqamətində gündəlik monitorinqlərini davam etdirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR