Rusiya Azərbaycandan göbələk almaqda maraqlıdır

Rusiya Azərbaycandan göbələk almaqda maraqlıdır
# 07 yanvar 2011 14:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda istehsal olunan göbələyin (şampinyon) həcmi Rusiyaya bu məhsulu ixrac etməyə imkan vermir.

Bu barədə «APA-Economics»ə Zirə qəsəbəsində yerləşən və göbələk istehsalı ilə məşğul olan «Proqress» MMC-dən bilirilib.

Müəssisədən həmçinin qeyd olunub ki, Rusiya «Proqress» MMC-dən gündə 20-30 ton göbələk almaq niyyətindədir: «Lakin bizim istehsal gücümüz hazırda buna imkan vermir. Belə ki, müəssisədə gündə təxminən 2-3 ton göbələk istehsal edilir. Bunun da bir hissəsi daxili bazarda realizə olunur, digər hissəsi isə Gürcüstana satılır. Eyni zamanda biz Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) aldığımız 990 min manat güzəştli kredit hesabına müəssisədə göbələk istehsalı və emalı genişləndirmişik ki, nəticədə müəssisənin illik istehsalı 1 200 tona çatdırılacaq».

Bundan başqa, müəssisədə müasir standartlar əsasında göbələyin konservləşdirilməsinə də başlanılıb.

Qeyd edək ki, müəssisədə istehsalın genişləndirilməsi həm yerli bazarların bütün il boyu bu məhsula olan tələbatının ödənilməsinə, həm də xaricə ixrac olunmasına imkan yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR