Rusiya Çindən qarabaşaq idxalına qadağa qoyub

Rusiya Çindən qarabaşaq idxalına qadağa qoyub
# 14 yanvar 2011 08:00 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Çindən 75 ton qarabaşaq yarmasının gətirilməsini rəng və qoxu fərqliliyi səbəbindən qadağan edib.

APA-Economics”in xəbərinə görə, bu barədə Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) açıqlama yayıb.

Açıqlamada bildirilir ki, ötən ilin dekabr ayında Novorossiyskə gətirilən yarma keyfiyyətsiz və istehlakçılar üçün təhlükəlidir.

Qeyd edək ki, Rusiya Çin qarabaşağını 2010-cu ilin avqustunda - yay quraqlığından sonra yarmanın bahalaşması və qıtlığı ilə əlaqədar idxal etməyə başlayıb. 2003-2004-cü illərdə də Rusiya qarabaşağı xaricdən alıb.

Ümumilikdə ötən il ərzində Rusiyada qarabaşaq 3 dəfə, bu ilin ilk 11 günü ərzində isə 3,2% bahalaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR