Azərbaycan Berlində keçirilən “Beynəlxalq yaşıl həftə - 2011” sərgisində iştirak edir

Azərbaycan Berlində keçirilən “Beynəlxalq yaşıl həftə - 2011” sərgisində iştirak edir
# 21 yanvar 2011 10:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov ərzaq məhsulları, kənd təsərrüfatı və bağçılığa dair «Beynəlxalq yaşıl həftə - 2011» sərgisində və kənd təsərrüfatı nazirlərinin III Berlin sammitində iştirak etmək məqsədilə dünən Almaniyaya səfər edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində İ.Abasov «Beynəlxalq yaşıl həftə - 2011» sərgisinin açılışında iştirak edib, «Qlobal kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi Forumu»nda məruzə ilə çıxış edib.

İ.Abasov çıxışında «2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın icrası ilə bağlı qarşıda duran vəzifələr, aqrar sahədə həyata keçirilən dövlət proqramları və layihələr, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, əldə olunmuş uğurlar və ərzaq təhlükəsizliyinə dair dünyada gedən prosesləri vurğulayıb.

Sərgi çərçivəsində Azərbaycanın ölkə təqdimatı keçiriləcək, ölkə pavilyonu ilə tanışlıq, eyni zamanda kənd təsərrüfatı nazirlərinin panel müzakirələri və beynəlxalq zirvə görüşləri də keçiriləcək.

Səfər yanvarın 26-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR