Ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 4,2% yüksəlib

Ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 4,2% yüksəlib
# 31 yanvar 2011 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2009-cu ilə nisbətən 4,2% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ildə birillik və çoxillik bitkilər üzrə qiymət indeksi əvvəlki ilə nisbətən 4,5% bahalaşıb. Bu bölmədə dənli bitkilər, paxlalı bitkilər və yağlı toxumların istehsalçı qiymətləri 3,2%, tərəvəz, bostan məhsulları, kökümeyvəli və köküyumruluların qiymətləri 3,5% bahalaşıb.

Çoxillik bitkilərdən tropik və subtropik meyvələrin istehsalçı qiymətləri 0,8% ucuzlaşıb, sitrus meyvələr 9,6%, tumlu və çəyirdəkli meyvələr 1,5%, sair meyvə ağacları, kol meyvələri və qoz-fındığın qiyməti isə 10,6% bahalaşıb.

Hesabat ilində heyvandarlıq bölməsində iri-buynuzlu mal-qara və onların məhsullarının istehsalçı qiymətləri 3,2%, qoyun və keçilər, onların çiy südü və yununun 1,6%, diri ev quşları və onların yumurtalarının 2,9%, sair diri ferma heyvanları və heyvan məhsullarının istehsalçı qiymətləri 0,2%, donuz ətinin istehsalçı qiyməti isə 7,7% ucuzlaşıb.

İl ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 9,1%, balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri isə 8,3% bahalaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR