“PASHA” çay bazara yeni məhsullar çıxarıb

“PASHA” çay bazara yeni məhsullar çıxarıb
# 16 fevral 2011 15:59 (UTC +04:00)
Bakı - APA-Economics. “PASHA” çay bazara yeni məhsullarını çıxarıb. “APA-Economics”in xəbərinə görə, doqquz meyvə çeşidini özündə birləşdirən “PASHA” çay artıq nar və albalı tamlı çay çeşidlərini də istifadəyə verib. Fərqli qablaşdırmada olan yeni PASHA çayları digər çaylardan fərqli olaraq artıq metalizə paketlərdə buraxılır.

Xatırladaq ki, “PASHA” çay Şri Lankada yetişən çay bağçalarından toplanmış yüksək keyfiyyətli çayların qarışığıdır. Təbii berqamotla xüsusi qaydada ətirləndirilən çayın dadı yumşaq, zərif, ətri xoş, rəngi parlaq, tünd qırmızıdır. Metalizə paketli olması PASHA çayın alıcıya keyfiyyətli şəkildə çatmasına imkan verir.

“PASHA” çayının digər növü olan “PASHA Earl Grey Tea Bags” Şri Lanka çay bağçalarında yetişmiş və fərdi qaydada toplanmış qara məxməri çaydır.

“PASHA Meyvəli Tea Bags” də “PASHA” çay qrupuna aid olub 48 qramlıq qutularda, limon, çiyələk, moruq, şaftalı, alma, qarağat, böyürtkən, albalı və nar ətirli çayları özündə birləşdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR