Yaxın illərdə Ukrayna özünü ərzaq məhsulları ilə təmin edəcək

Yaxın illərdə Ukrayna özünü ərzaq məhsulları ilə təmin edəcək
# 01 mart 2011 14:48 (UTC +04:00)
Bakı - APA-Economics. Yaxın üç-yeddi il ərzində Ukrayna özünü ərzaq məhsulları ilə təmin edəcək.

APA-Economics”in UNİAN-a istinadən xəbərinə görə, bu bəyanatla Ukraynanın baş naziri Nikolay Azarov çıxış edib.

Onun sözlərinə görə, Ukrayna ilk növbədə özünü taxıl, ət və süd məhsulları ilə təmin etməlidir: “Ona görə də aqrar-sənaye kompleksinin inkişafı hökumət üçün prioritet istiqamətdir”.

Qeyd edək ki, ötən ilin yayında baş verən quraqlıq nəticəsində Ukraynada ərzaq məhsulları bahalaşıb. Eyni zamanda ölkəyə idxalın həcmi 33,7% artaraq 60,74 mlrd. dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR