Rusiya Yaponiyadan balıq idxalını dayandırır

Rusiya Yaponiyadan balıq idxalını dayandırır
# 29 mart 2011 11:14 (UTC +04:00)
Bakı - APA-Economics. Zəlzələdən və “Fukusima” AES-ində baş verən qəzadan sonra Rusiya Yaponiyadan balıq idxal etməyəcək.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə Rusiyanın Balıq ovu üzrə Federal Agentliyinin rəhbəri Andrey Krayniy açıqlama verib.

Onun sözlərinə görə, Rusiya hər il Yaponiyadan 6,8 mln. dollar dəyərində balıq və dəniz məhsulları idxal edib: “Bunlar əsasən kiçik balıqlar olub”.

Qeyd edək ki, Rusiyanın əsas balıq təchizatçıları İslandiya və Norveç, qismən də Vyetnam və Çindir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR