Ukrayna taxıl ixracına kvotanın müddətini uzatmaqdan imtina edib

Ukrayna taxıl ixracına kvotanın müddətini uzatmaqdan imtina edib
# 29 mart 2011 13:47 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna taxılın ixracına qoyulmuş və sabah başa çatacaq kvotanın müddətini uzatmayacaq. “APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin birinci müavini İrina Akimova açıqlama verib.

Onun sözlərinə görə, zərurət yaranarsa, taxılın xaricə ixracı gömrük tədbirləri ilə tənzimlənəcək: “Bu tədbirləri müəyyənləşdirən müvafiq qanun layihəsi Ali Rada tərəfindən bəyənilməlidir. Deputatlar ixracın gömrük tənzimlənməsi tədbirlərini bəyənməyə vaxt çatdırmasalar belə, hökumət kvotanın müddətini uzatmayacaq”.

Qeyd edək ki, Ukraynada taxılın ixracına məhdudiyyət 2010-cu ilin payızından tətbiq olunur. Buna səbəb ötən il baş verən quraqlıq və nəticədə az məhsul yığılmasıdır. Əvvəlcə 2010-cu ilin sonuna qədər tətbiq edilən kvotanın müddəti sonradan 31 mart 2011-ci ilə qədər uzadılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR