Azərbaycan parlamenti “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib

Azərbaycan parlamenti “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib
# 15 aprel 2011 15:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-Economics”in məlumatına görə, qanun layihəsini təqdim edən parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, bu qanun kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və təşkilinin, kənd təsərüfatı koorperativlərinin və onların ittifaqlarının yaardılmasının və fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Həmçinin kooperasiya prosesində yaranan münasibətləri tənzimləyəcək.

Daha sonra deputatlar layihə barədə fikirlərini bildiriblər. Millət vəkili Əli Məsimli bildirib ki, “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanunun qəbul edilməsi Azərbaycanda aqrar islahatların yeni mərhələsinə keçid deməkdir. Deputat bildirib ki, kooperativlər kəndlilərin gəlirlərinin artırılmasına, az əmək sərf etməklə çox gəlir əldə edilməsinə, kəndlilərin işlərinin səməriliynin artırılmasına və s. imkan verəcək.

Deputat Siyavuş Novruzov və Fəzail Ağamalı isə qanunun ictimai müzakirəyə çıxarılmasına tərəfdar olduğunu bildiriblər.

Daha sonra səsverməyə çıxarılan qanun 103 nəfər lehinə olmaqla birinci oxunuşda qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR