“Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”nin icrasına sentyabrda başlanacaq

“Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”nin icrasına sentyabrda başlanacaq
# 19 may 2011 15:41 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. “Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsı”nin icrasına sentyabr ayında başlanacaq. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədovun APA-ya verdiyi məlumata görə, layihənin icrası məqsədilə pilot müəssisələr seçiləcək və həmin müəssisələr hazırda fəaliyyətdə olan peşə məktəbləri olacaq: “Bu müəssisələr kənd təsərrüfatı üzrə ixtisaslaşmış olmalıdır. Biz istəyirik ki, iki peşə məktəbi seçilsin - biri Bakıda, digəri isə bölgələrin birində fəaliyyət göstərən”.

N. Məmmədov deyib ki, müəssisələr seçildikdən sonra tədris üçün kurrikulum, dərsliklər hazırlanacaq və müəllimlər seçiləcək. Bunun üçün müəllimlər xüsusi təkmilləşdirmə kurslarına cəlb ediləcəklər.

Şöbə müdiri bildirib ki, layihə Avropa Komissiyasının layihəsidir və iyun ayınadək qurumla Avropa Komissiyası arasında müqavilə imzalanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR