Bu həftə Latviyanın kənd təsərrüfatı naziri Azərbaycana səfər edəcək

Bu həftə Latviyanın kənd təsərrüfatı naziri Azərbaycana səfər edəcək
# 04 iyun 2012 13:55 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. İyunun 7-8-də Latviyanın kənd təsərrüfatı naziri Laymdot Strauyumun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Latviyanın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşəcək.

Görüşlər zamanı iki ölkənin Kənd Təsərrüfatı nazirlikləri arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum, veterinariya və bitkilərin yetişdirilməsi, müdafiəsi haqqında iki sazişin imzalanması gözlənilir.

Bundan başqa, latviyalı iş adamları ölkəyə idxalın genişləndirilməsi məqsədilə Azərbaycanın kənd təsərrüfatı potensialı, o cümlədən balıq və süd istehsalı imkanları ilə tanış olacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR