Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəkidə seminar-müşavirə keçirilib

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəkidə seminar-müşavirə keçirilib
# 05 iyun 2012 18:41 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Şəkidə “Heyvandarlıqda damazlıq-seleksiya işlərinə dair” respublika seminar-müşavirəsi keçirilib. Şəki Şəhər İcra Hakimiyyəti aparatından APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə təşkil edilmiş respublika seminar-müşavirəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziri İsmət Abbasov, maldarlıq üzrə dövlət damazlıq təsərrüfatı rəhbərləri, maldarlıq üzrə özəl damazlıq təsərrüfatı rəhbərləri, şəhər və rayon icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri, ərazi kənd təsərrüfatı idarələrinin rəisləri, digər müvafiq kənd təsərrüfatı qurumlarının rəhbərlər və nümayəndələri olmaqla ümumilikdə 300 nəfər iştirak edib. Respublika seminar-müşavirə iştirakçıları Şəki-Oğuz yolunun 20-ci kilometrliyində yerləşən “Şəki Aqro İndastris” MMC-nin heyvandarlıq təsərrüfatına gedərək seminar-müşavirənin praktiki məşğələsini keçiriblər. Burada seminar-müşavirə iştirakçıları istehsalata tətbiq olunan mütərəqqi texnologiyalarla tanış olublar. Təsərrüfatda aparılan işlər barədə seminar-müşavirə iştirakçılarına ətraflı məlumat verilib. Daha sonra seminar-müşavirə iştirakçıları tədbirin rəsmi hissəsinə qatılıblar. Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri İsmət Abbasov respublikada heyvandarlığın mövcud durumu bərədə və heyvandarlıqda aparılan damazlıq-seleksiya işləri bərədə iştirakçılara ətraflı məlumat verib. Çıxış edən digər natiqlər “Respublikada damazlıq-seleksiya işlərinin vəziyyəti və onun daha da yaxşılaşdırılması tədbirləri haqqında”, “heyvandarlıqda damazlıq-seleksiya işlərinin forma və metodları” barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR