Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
# 06 iyun 2012 11:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin may ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 1,3%, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,5% düşüb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, birillik bitkilərdən göyərtilərin istehsalçı qiymətləri 8,9%, xiyarın 17,1%, baş sarımsağın 4,9%, baş soğanın 0,6%, yoncanın 8,9%, quru otun istehsalçı qiymətləri 2,0% düşüb, pomidorun istehsalçı qiymətləri 0,9%, yaşıl lobyanın 2,1%, bibərin 1,1%, kartofun istehsalçı qiymətləri isə 0,1% artıb.

Çoxillik bitkilərdən armudun istehsalçı qiymətləri 3,5%, limonun 1,4%, fındığın 4,5%, albalı və gilasın 0,7%, çiyələyin istehsalçı qiymətləri 3,6% düşüb, alçanın istehsalçı qiymətləri isə 5,7% artıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,4%, inək südünün 1,9%, camışın 2,0%, 1 yaşadək quzunun 0,4%, 1 yaşdan yuxarı şişəyin 1,6%, donuz və quş ətinin (diri çəkidə) müvafiq olaraq 5,8% və 2,3%, hind toyuğunun 8,9%, yumurtanın istehsalçı qiymətləri 3,4% düşüb. Bu ucuzlaşma ilə yanaşı, ay ərzində mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 6,6% və 0,3%, camış südünün 0,1%, təbii balın istehsalçı qiymətləri 2,4% artıb.

Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,6%-lik enmə müşahidə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR