Azərbaycanın kənd təsərrüfatı naziri İtaliyaya gedib

Azərbaycanın kənd təsərrüfatı naziri İtaliyaya gedib
# 11 iyun 2012 10:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov iyunun 11-15-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Şurasının 144-cü sessiyasında iştirak etmək üçün təşkilatın mənzil-qərargahının yerləşdiyi Roma (İtaliya) şəhərində səfərdədir.

Bunu «APA-Economics»ə açıqlamasında nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Məcidov bildirib.

Onun sözlərinə görə, İ.Abasov 2012-2014-cü illər üçün FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Konfransının sədri seçildiyi üçün tədbirdə konfransın sədri kimi çıxış edərək Avropa üzrə 28-ci Regional Konfransın hesabatını təqdim edəcək. Təqdimatda təşkilatın proqram və büdcə məsələləri ilə əlaqədar regional perspektivləri, yerli (desentralizasiya olunmuş) ofislərin strukturu və funksiyaları və digər məsələlər üzrə məlumatlar veriləcək və təsdiq üçün müzakirə olunacaq.

Səfər zamanı İ.Abasovun FAO-nun baş direktoru Jose Graziano da Silva və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD)-ın prezidenti Kanayo Nvanza ilə görüşləri nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR