“Azersun Holding” taxılın məhsuldarlığında rekord nəticə əldə edib

“Azersun Holding” taxılın məhsuldarlığında rekord nəticə əldə edib
# 14 iyun 2012 10:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın ən böyük ərzaq istehsalçısı “Azersun Holding” taxıl yığımında məhsuldarlıq üzrə rekord göstərici əldə edib.

«Azersun»dan «APA-Economics»ə verilən məlumata görə, şirkətin Biləsuvarda yerləşən pilot kənd təsərrüfatı kompleksində bir hektardan 53 sentner taxıl yığılıb ki, bu da respublika üzrə orta göstəricidən 2 dəfə artıqdır. Bu barədə iyunun 12-də “Azərsun Holdinq”in Biləsuvarda yerləşən pilot kənd təsərrüfatı kompleksində təşkil olunan taxılçılıq mövzusunda səyyar seminarda bildirilib.

Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevin iştirak etdiyi seminarda iştirakçılar “Azersun Holding”in 3400 hektarlıq ərazidə salınan ən müasir yağmurlama və damcılama suvarma sistemləri ilə təchiz olunmuş və ekoloji təmiz qaydada yetişdirilən müxtəlif tərəvəz, bostan bitkiləri, taxıl, nar, çuğundur, noxud sahələri və ekoloji təmiz sertifikatlı gübrə istehsalı ilə tanış olublar.

Seminar zamanı ərazidə müasir intensiv əkinliklə tanışlıq zamanı taxıl toxumu haqda ciddi fikir mübadilələri və məhsuldarlıqla bağlı mübahisələr aparılıb. Mübahisələrə orijinal üsulla son qoyulub. Belə ki, nümayiş üçün ərazidə olan nisbətən zəif buğda sahəsindən 1 hektar seçilib, seminar iştirakçıları və KİV nümayəndələrinin müşahidəsi ilə buradakı buğda biçilib. Təsadüfən seçilmiş 1 hektardan 5310 kiloqram (53 sentner) dən alınıb.

Ötən ilin ümumi respublika göstəricisinin 1 hektardan 25-27 sentner olduğunu bildirən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev “Azersun Holding” sahələrində əldə olunan nəticənin orta göstəricilərdən 2 dəfə çox olduğunu qeyd edib və əldə olunan müsbət təcrübənin taxılçılıqla ilə məşğul olan digər fermerlər tərəfindən d’ mənimsənilməsinin vacibliyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR