Bakıda FAO-nun əlaqələndirmə ofisi açıla bilər - FOTO

Bakıda FAO-nun əlaqələndirmə ofisi açıla bilər - <font color=red>FOTO</font>
# 14 iyun 2012 11:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov FAO-nun Romada (İtaliya) keçirilən 144-cü iclasında FAO-nun Avropa üzrə 28-ci Regional Konfransının hesabatını təqdim edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, nazir İ.Abasov bu ilin iyun ayının 11-15-də Romada keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Şurasının 144-cü Sessiyası zamanı aprel ayının 17-20-də Bakıda keçirilmiş FAO-nun Avropa üzrə 28-ci Regional Konfransının hesabatını həmin konfransın sədri qismində iyunun 11-də sessiya iştirakçılarına təqdim edib, hesabat müzakirə edildikdən sonra, 12 iyun tarixində FAO Şurasının iştirakçıları tərəfindən qəbul edilib.

Sessiya çərçivəsində digər məsələlərlə yanaşı, təşkilatın 2010-2011-ci illər üzrə hesabatı, 2012-2013-cü illər üzrə iş proqramı və büdcə məsələlərinin müzakirəsi aparılıb. Həmçinin tədbir çərçivəsində İ.Abasovla FAO-nun baş direktoru Jose Qratsiano da Silva ilə ikitərəfli görüş keçirilib. Görüş zamanı Azərbaycan hökumətinin dəstəyi ilə FAO tərəfindən Azərbaycanda həyata keçirilən layihələr və onların nəticələri, habelə təşkilat tərəfindən həyata keçiriləcək layihələrin əhatə edəcəyi prioritet sahələr və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.

Görüş zamanı tərəflər arasında FAO-nun Bakıda Əlaqələndirmə ofisinin açılması məsələsi üzrə danışıqlar aparılıb, bu məqsədlə FAO missiyasının Azərbaycana səfər etməsi ilə bağlı müzakirələr aparılıb.

Səfər çərçivəsində İ.Abasovun iyunun 15-də Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) prezidenti Kanayo Nvanze, İtaliyanın kənd təsərrüfatı, ərzaq və meşəçilik siyasəti naziri Mario Kataniya və kənd təsərrüfatı məhsullarının istehsalı və qida sənayesi sahələri üzrə bir neçə iş adamı ilə görüşləri nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR