İntensiv yağışlar Masallıda taxıl zəmilərinə ciddi ziyan vurub

İntensiv yağışlar Masallıda taxıl zəmilərinə ciddi ziyan vurub
# 19 iyun 2012 12:14 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. Son iki gündə ölkənin cənub bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti Masallı rayonunda taxıl zəmilərinə ciddi ziyan vurub. Yerli fermerlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, güclü ildırımla müşahidə olunan leysan yağışlar nəticəsində biçilməmiş taxıl zəmiləri tamamilə yararsız vəziyyətə düşüb.
Mövcud vəziyyət daha çox Masallının Təklə kənd ərazi vahidliyindəki əkin sahələrində müşahidə olunur. Belə ki, on hektarlarla biçilməmiş taxıl sahəsi leysan yağışlardan əmələ gəlmiş sel sularının altında qalıb.
Fermerlərin qənaətincə, məhsulu zəmilərdən yığmaq üçün ən azından 10-15 gün günəşli hava lazımdır. Amma taxıl biçildikdən sonra ondan istər ərzaq, istərsə də növbəti əkin ili üçün toxumluq kimi istifadə etmək qeyri-mümkün olacaq.
Çünki sünbüllər ovulub, dən isə yerə tökülüb. “Bu məhsul ən yaxşı halda quşlar üçün yem hazırlamağa yarayar”, - deyə fermerlər bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR