2020-ci ilədək Azərbaycanda kənd təsərrüfatı məhsulların istehsalı azı 2 dəfə artacaq

2020-ci ilədək Azərbaycanda kənd təsərrüfatı məhsulların istehsalı azı 2 dəfə artacaq
# 21 iyun 2012 16:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Qarşıdakı 8 ildə Azərbaycanda kənd təsərrüfatı məhsulların istehsalı azı 2 dəfə artacaq. «APA-Economics»in məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Onun sözlərinə görə, prezident İlham Əliyevin tapşırıqlarına əsasən 2020-ci ilədək Azərbaycanın ÜDM-i 2 dəfə artmalıdır və bu artım əsasən qeyri-neft sektoru hesabına olmalıdır: “Bu göstərişlərə uyğun olaraq Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı da azı 2 dəfə artmalıdır. Buna bizim imkan var, sadəcə düzgün aqrotexniki xidmətlərə riayət etməlidir”.

Nazirin sözlərinə görə, fermerlər keyfiyyətli məhsul istehsalına nail olmaqla yeni bazarlara çıxmalıdırlar: «Belə olarsa, məhsullarımız digər ölkələrdə də öz keyfiyyətinə görə yüksək alıcılıq imkanlarına malik olacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR