Azərbaycan kənd təsərrüfatı kooperasiyalarının yaradılması sahəsində Türkiyə təcrübəsindən yararlanacaq

Azərbaycan kənd təsərrüfatı kooperasiyalarının yaradılması sahəsində Türkiyə təcrübəsindən yararlanacaq
# 30 iyun 2012 11:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan kənd təsərrüfatı kooperasiyalarının yaradılması sahəsində Türkiyə təcrübəsindən yararlana bilər. Bakıda səfərdə olan Türkiyənin kənd təsərrüfatı naziri Mehmet Mehdi Eker bildirib ki, Türkiyə bu sahədə təcrübəsini Azərbaycana bölüşməyə hazırdır: «Biz Türkiyədə son 8 ildə təqribən 4 milyon hektar kənd təsərrüfatı sahəsinin birləşdirilməsinə - kooperasiya şəklində fəaliyyət göstərməsinə nail olmuşuq. Türkiyə bu sahədə mühüm təcrübəyə malikdir».

Türkiyəli nazir qeyd edib ki, azərbaycanlı həmkarı ilə görüşdə hazırda Azərbaycanda əsas problemlərdən birinin kənd təsərrüfatı sahələrində kooperasiyaların yaradılması olduğunu öyrənib: «Bu sahədə də birgə əməkdaşlıq edə bilərik. Bu işi necə etdiyimizi, hansı üsullardan istifadə etdiyimiz barədə təcrübəmizi və biliyimizi Azərbaycanla bölüşməyə hazırıq».

Qeyd edək ki, Türkiyədə kənd təsərrüfatı sahələri ümumilikdə 14 milyon hektar təşkil edir. Nazir bildirib ki, qarşıdakı illərdə 10 milyon hektar sahədə də kooperasiyaların yaradılması davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR