Azərbaycan bu il 246 mln. dollarlıq pambıq ixrac edib

Azərbaycan bu il 246 mln. dollarlıq pambıq ixrac edib
# 21 dekabr 2021 15:45 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 245 622,97 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 87,6% artıb.

Cari ilin ilk 11 ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,24%-ə bərabər olub.

Hesabat dövründə ölkədən 190 352,79 min dollar dəyərində 117 239,31 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 70,1%, həcm göstəricisi üzrə isə 38,4% üstələyir.

Cari ilin yanvar-noyabr ayları ərzində ölkədən 51 461,17 min dollar dəyərində (artım 3,4 dəfə) 16 851,12 ton (artım 2,3 dəfə) iplik pambıq ixrac olunub.

Pambıq idxalının dəyəri 4 835,47 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 16,7% azdır. Bu ilin ilk 11 ayı üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,05% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR