Azərbaycan meyvə-tərəvəz ixracından 640 mln. dollardan çox gəlir əldə edib

Azərbaycan meyvə-tərəvəz ixracından 640 mln. dollardan çox gəlir əldə edib
# 19 dekabr 2023 10:30 (UTC +04:00)

2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 641 milyon 188 min dollar dəyərində 641 min 740 ton meyvə-tərəvəz ixrac edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 8% və ya 47.8 milyon dollar, həcmi isə 12.2% və ya 6.6 min ton artıb. 2022-ci ilin ilk 11 ayında Azərbaycan 593 milyon 388 min dollar dəyərində 572 min ton meyvə-tərəvəz ixrac edib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 150.8 milyon dollar dəyərində tomat (127.4 min ton) , 97.4 milyon dollar dəyərində meşə fındığı (18.9 min ton), 89.4 milyon dollar dəyərində xurma (118.5 min ton), 44 milyon dollar dəyərində alma (69.2 min ton ), 35 milyon dollar dəyərində kartof (78.2 min ton), 25 milyon dollar dəyərində nar (18 min ton) olub.

Əlavə edək ki, cari ilin yanvar-noyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.03%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21.14%-ə bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR