Ağcabədidə kanalda batan 3 yaşlı uşağın meyiti tapılıb- YENİLƏNİB

Ağcabədidə kanalda batan 3 yaşlı uşağın meyiti tapılıb- <span style="color: red;">YENİLƏNİB
# 03 aprel 2017 22:25 (UTC +04:00)

Ağcabədidə 3 yaşlı uşaq su kanalında batıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ağcəbədi rayonu ərazisində, süni suvarma kanalında (ən yaxınlıqdakı məntəqədən 170 km aralıda, nəzarətsiz ərazidə) 2014-cü il təvəllüdlü, Quliyev Yasin Xəyyam oğlunun batması barədə məlumat daxil olub.

 

Nazirliyin dalğıc-xilasediciləri tərəfindən Quliyev Yasin Xəyyam oğlunun cəsədi batdığı yerdən 8 km aralıda çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat 22:45-də başa çatıb.

***

 

23:38

 

Ağcabədidə 2 yaşlı uşaq su kanalında batıb.

 

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonu, Ağcabədi şəhərində 2015-ci il təvəllüdlü Quliyev Yasin Xəyyam oğlunun kanalda batması barədə məlumat daxil olub.

 

Dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR