“Dövlət ehtiyatları haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

“Dövlət ehtiyatları haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
# 19 dekabr 2023 12:45 (UTC +04:00)

Bu gün Milli Məclisin plenar iclasında “Dövlət ehtiyatları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, qanun layihəsi 4 fəsil və 14 maddədən ibarətdir.

Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Dövlət ehtiyatları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil ediləcək.

Ələt azad iqtisadi zonasında dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR