Bakı - APA. Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan (hər mərtəbəsi 250 kv.m) ikimərtəbəli, 6 otaqlı evin 1-ci mərtəbəsinin dəhlizində quraşdırılmış rəf, dəhlizin tavanı 5 kv.m sahədə, 2-ci mərtəbəsində bir otağın döşəməsi 2 kv.m sahədə yanıb, yüksək temperaturdan 1-ci mərtəbədə yerləşən mətbəxin lambirdən ibarət tavanı 7 kv.m sahədə əriyib.
APA-nın FHN-in saytına istinadın verdiyi məlumata görə, yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.