Bakı - APA. Bakı və Abşeron yarımadasında fevralın 18-də hava şəraitinin gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, günün birinci yarısında 9 dərəcəyədək isti, günün ikinci yarısında 3-5 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 18-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli, gün ərzində arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 8-13, dağlarda gecə və gündüz 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən fevralın 18-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Meteohəssas insanlar üçün əlverişsiz hava proqnozlaşdırılır
17 fevral 2016 11:11 (UTC +04:00)
Sosial
Sədərəkdə müəllim və şagirdlər yeni tədris ilində məktəbə velosipedlə gediblər
19:46
16 sentyabr 2024
Yeni tədris ilində məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlanıb
17:59
16 sentyabr 2024
Heydər Əliyev Fondu tərəfindən Ağstafanın Zəlimxan kəndində yeni məktəb binası inşa edilib - FOTO
16:34
16 sentyabr 2024
Prokurorluğa işə qəbulla əlaqədar sənəd verilməsi sentyabrın 30-da başa çatacaq
16:31
16 sentyabr 2024