Qazaxıstan mal-qara ixracını qadağan edir

Qazaxıstan mal-qara ixracını qadağan edir
# 24 dekabr 2021 12:53 (UTC +04:00)

Qazaxıstan dekabrın 25-dən etibarən diri mal-qara ixracına qadağa qoymağı planlaşdırır.

"APA-Economics"in yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın kənd təsərrüfatı naziri Yerbol Qaraşukeyev bildirib.

Daha əvvəl nazirlik iri və xırda buynuzlu heyvanların ixracına altıaylıq qadağa qoymuşdu.

Nazirin sözlərinə görə, Qazaxıstanın qonşu ölkələrə mal-qara ixracı kəskin artıb. İxracın 5-6 dəfə artması ətin bahalaşmasına səbəb olub.

"Ona görə də İdarələrarası Komissiya sosial həyati əhəmiyyətli ərzaq məhsullarının bahalaşmasının qarşısını almaq üçün müvəqqəti olaraq ixracı qadağan etmək qərarına gəlib", - nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR